Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu şəxslər Yazıçılar Birliyindən xaric olunacaq - XƏBƏRDARLIQ

Bu şəxslər Yazıçılar Birliyindən xaric olunacaq - XƏBƏRDARLIQ

Yanvarın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti iclası keçirilib.

Bu barədə Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

O bildirib ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: "Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən Birlikdən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib".

Xəyal Rzanın sözlərinə görə, qərara alınıb ki, “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq edilsin: "Beləliklə, fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər". (Mənbə APA)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də