Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakının iki rayonunda qaz KƏSİLƏCƏK

Bakının iki rayonunda qaz KƏSİLƏCƏK

Sabah Bakının Sabunçu və Nizami rayonlarının bəzi ərazilərində təbii qazın verilməsində fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu, Pirşağı qəsəbəsinin bir hissəsinin və Nizami rayonu, Q.Qarayev, Ə.Kürçaylı, R.Rüstəmov, Nəsimi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də