Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Bəzi rayonlarda aqrobağların vəziyyəti qənaətbəxş deyil"






Açıq meşə sahələrində salınmış aqrobağlarda monitorinqlər davam etdirilir

"Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə olunması və meşə örtüyünün artırılması məqsədilə açıq meşə ərazilərində salınmış aqrobağların vəziyyəti, onlara göstərilən qulluq səviyyəsi və görülən işlərin gedişatı ilə tanış olmaq üçün bu günlərdə bir neçə rayonda olduq və aqrobağlara baxış keçirdik".

Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib. 

Nazir müavini qeyd edib ki, açıq meşə sahələrində salınmış aqrobağların monitorinqi Tovuz, Şəmkir, Samux, Gədəbəy, Yevlax, Bərdə, Ağdaş, Ağcabədi, Beyləqan, İmişli, İsmayıllı rayonlarının ərazisində keçirilib.

“Açıq meşə sahələrində salınmış aqrobağlarda keçirilən monitorinqlər zamanı bir çox ərazilərdə əkin qaydalarına kompleks şəkildə riayət olunduğunu, damcılı suvarma sisteminin çəkildiyini, ərazilərin su anbarları ilə təmin olunduğunu, qabaqcıl üsullardan istifadə olunmaqla işlərin yüksək səviyyədə təşkil edildiyini və nümunəvi aqrobağların salındığını müşahidə etdik.

Düzdür, bəzi rayonlarda aqrobağların vəziyyətinin qənaətbəxş olmadığının, əkilən ağaclara düzgün qulluq göstərilmədiyindən bitiş faizinin aşağı olduğunun, hətta müəyyən sahələrdən təyinatı üzrə istifadə edilmədiyinin şahidi olsaq da, deyərdim ki, ümumi nəticə ürəkaçandır”.

F.Əliyev bitiş faizi qənaətbəxş olmayan ərazilərdə aqrotexniki xidmət işlərinin keyfiyyətinin artırılması ilə bağlı cavabdeh şəxslərə tövsiyələr olunduğunu, ərazilərin təyinatı üzrə istifadəsi ilə bağlı isə tələblər qoyulduğunu bildirib.

O, qeyd edib ki, qeydə alınan nöqsanların aradan qaldırılması üçün nəzarət tədbirləri davam etdiriləcək”.









Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də