Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Maduro Türkiyə ilə bağlı təklifə "yox" deyibmiş - TƏFƏRRÜAT

Maduro Türkiyə ilə bağlı təklifə "yox" deyibmiş - TƏFƏRRÜAT

Venesuela lideri Nikolas Maduro devrilməzdən bir neçə gün öncə ABŞ-dən Türkiyəyə mühacirət etməklə bağlı təklif alıb. 

Bu məlumatı amerikalı senator Lindsi Qrem təsdiqləyib. O, Donald Trampın təyyarədə jurnalistlərə dediyi "Venesuela prezidenti Nikolas Maduro bu gün Türkiyədə ola bilərdi, amma o, Nyu-Yorkdadır (həbsdədir)", - ifadəsinin real əsasını xatırladıb. 

Xatırladaq ki, bir gün əvvəl "New York Times" qəzeti 23 dekabrda ABŞ hakimiyyətinin Maduroya istefa vermək və Türkiyəyə getmək imkanı təklif etdiyini, lakin Maduronun bundan imtina etdiyini yazıb.

Senator Qrem bildirib ki, Venesuela lideri Trampa və ABŞ ordusuna qarşı çıxmaq qərarına gəlib və indi o həbsdədir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də