
İlk hissəsin sonlarında "Milan”ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyəxa davaya çevrilməyib.
RegionTV.info xəbər verir ki, "Sportmediaset” saytı bildirib ki, Zlatan Lukanın ünvanına bu təhqiramiz ifadəni işlədib: "Get p..nu ye, eşşək”. Cavabında Lukaku İbrahimoviçi "fahişə oğlu" adlandırıb.
Qeyd edək ki, baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
[media=https://youtu.be/5gv6z31DTsQ]
Hit.az