Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həccə gedənlərin nəzərinə: Qeydiyyat üçün vaxt AZALIR

Həccə gedənlərin nəzərinə: Qeydiyyat üçün vaxt AZALIR

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi dünyadakı bütün Həcc missiyalarından qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir.

 QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq.

Qeyd edilib ki, Həccə niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.

Əlavə olaraq bildirilib ki, kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixdə bitəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də