2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 32 107,11 ton nar ixrac edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4% çoxdur.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Eyni zamanda, ixrac edilən narın dəyəri 21,7% artaraq 31 milyon 365,18 min ABŞ dollarına çatıb. Ümumi ixracın payı 0,13% təşkil edib (yanvar-noyabr 2024-cü il - 0,11%).


