
Nazir DPA agentliyinə müsahibəsində Təhlükəsizlik Şurasında islahatların aparılması üçün səy göstərəcəyini bildirib: “Təhlükəsizlik Şurası 1945-ci ildən - müharibədən sonrakı dövrün deyil, XXI əsrin dünyasını əks etdirməlidir. Məhz buna görə biz xüsusilə Qlobal Cənubun bu qurumda daha güclü rol alması üçün ciddi çalışacağıq”.
Ölkəsinin BMT sisteminin fəal tərəfdarlarından olduğunu ifadə edən Y.Vadeful qurumun fəaliyyətinin sadələşdirilməsinin və çevikliyinin artırılmasının mümkünlüyünü vurğulayıb.
Qeyd edək ki, Almaniya bu ilin iyununda 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük uğrunda namizədliyini irəli sürəcək.


