Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Böyük fəlakətlərə yol açan qərardan 930 il ÖTÜR

Böyük fəlakətlərə yol açan qərardan 930 il ÖTÜR

Bu gün Yaxın Şərq və Avropa tarixində böyük faciələrə yol açan hadisənin - Xaç yürüşlərinin başlanmasından 930 il ötür.

1095-ci ilin bu günü Papa II Urban Qüdsdəki ən vacib xristian ziyarətgahlarını müsəlmanların əlindən geri almaq məqsədi daşıyan Birinci Səlib yürüşü elan etdi. 1095-ci ilin qışının əvvəlində bu misli görünməmiş təşəbbüsün ilk iştirakçıları Avropa yolları ilə Şərqə doğru yola düşməyə başladılar.

I Xaç yürüşü hədəfinə çataraq Qüdsün ələ keçirilməsi ilə başa çatsa da, sonradan müsəlman qüvvələri ilə II əsrdən çox davam edən döyüşlər başladı. Ümumilikdə, həyata keçirilən 8 xaç yürüşü yüzminlərlə insanın ölümünə və Yaxın Şərqin xarabalığa çevrilməsinə yol açdı. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də