
RegionTV.info xəbər verir ki, aktyorun altıncı övladı dünyaya gəlib.
Bu barədə İ.Krasko Birinci kanalın "Əslində" adlı tok-şousunda məlumat verib.
Qızı doğulan aktyor "Sevgi varsa, uşağın olması üçün heç bir əngəl ola bilməz" deyib.
O bildirib ki, uşaq süni mayalanma yolu ilə dünyaya gəlib.
Qeyd edək ki, İvan 29 yaşlı Yuliya Kiçemasova ilə sevgilidir. Cütlük artıq nikah masasına oturmağı planlaşdırır.
Axşam.az