Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Fənərbaxça"ya yeni prezident seçiləcək

"Fənərbaxça"ya yeni prezident seçiləcək

Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran klubun gələcəyi ilə bağlı açıqlama verib.

Narkotik ittihamı ilə saxlanılan və şərti ilə sərbəst buraxılan klub rəhbəri növbədənkənar seçkinin vaxtını açıqlayıb. 

"Prezidentlik vəzifəmizi mövsümün sonuna qədər davam etdirəcək, daha sonra isə klubumuzu növbədənkənar konqresə aparacağıq".

Media "Fənərbaxça"da seçkinin 2026-nın may ayında baş tutacağını yazıb. S.Saranın yenidən namizəd olub-olmayacağı hələ bilinmir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də