Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İşdən çıxarılan icra başçısı 12 il azadlıqdan məhrum edilə bilər

"Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elxan İbrahimov barədə yayılan iddialar (100-200 min manat civarında qeyri-qanuni haqq tələbetmə) təsdiqini taparsa, bu, Cinayət Məcəlləsinin 311-ci maddəsi - rüşvət alma ilə cinayət tərkibi yaradır. Bu halda Elxan İbrahimova 12 ilədək azadlıqdan mərhumetmə cəzası verilə bilər".

Bu sözləri pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, icra başçısı ilə bağlı məsələdə bir neçə meyar öz əksini tapır: "Külli miqdardan, o cümlədən hədə-qorxu ilə tətbiq olunmadan söhbət gedir. Bütün bu faktlar üzə çıxsa, Elxan İbrahimovu 12 il həbs cəzası gözləyə bilər".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də