Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan bu məhsulu xaricə 300 milyon dollara SATIB

Azərbaycan bu məhsulu xaricə 300 milyon dollara SATIB

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 297,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın dekabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,4% çoxdur.

Təkcə noyabrda isə Azərbaycan 20,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 11,2 % azdır.

11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də