Ermənistanda Göyçə gölünün səviyyəsi son 6 ayda kəskin şəkildə aşağı düşüb.
Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktoru Levon Azizyan mətbuat konfransında bildirib ki, 28 dekabr tarixinə olan məlumata görə, hazırda gölün səviyyəsi 1900,22 metr təşkil edir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 sm aşağı olub.
Gölüm qurumasının əsas səbəbi quru hava olaraq göstərilir. Hidroloji baxımdan, qış və yaz nisbətən quru keçdiyinə görə 2025-ci ildə Göyçə gölündə su azalıb.


