
Qusarda su arxından kişi meyiti tapılıb.
İtkin kimi qeydiyyatda olan, Haçatala kənd sakini, 1974-cü il təvəllüdlü Şahtəmir Sədrəddin oğlu Vələdovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindəki su arxında tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.


