Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni soyqırımı günü təsis olundu - Azərbaycanla da bağlıdır

Yeni soyqırımı günü təsis olundu - Azərbaycanla da bağlıdır

Rusiya prezidenti Vladimir Putin 19 aprelin - "Sovet Xalqının Soyqırımı Qurbanlarının Anım Günü" olaraq Rusiyada yeni bir xatirə tarixinin təsis edilməsi haqqında qanun imzalayıb.

Yeni soyqırımı günü 1943-cü ildə Hitler Almaniyasının Sovet İttifaqının ərazisində yerli əhalinin məhvinə dair 19 aprel tarixli 39 nömrəli əmrin verildiyi gün olaraq seçilib. Sənəd əvvəllər Dövlət Dumasına Federasiya Şurası sədrinin birinci müavini və partiyanın Baş Şurasının katibi Vladimir Yakuşev, Dövlət Dumasının sədr müavini İrina Yarovaya və Vahid Rusiya fraksiyasının lideri Vladimir Vasilyevin rəhbərlik etdiyi Vahid Rusiya parlamentariləri tərəfindən təqdim edilmişdi. Dəyişikliklər "Rusiyada Hərbi Şöhrət Günləri və Anım Günləri haqqında" qanuna edilib.

Xatırladaq ki, Almaniya ilə Sovet İttifaqı arasında 1941-145-ci illərdə davam edən müharibə zamanı 600 mindən çox azərbaycanlı da həlak olmuşdu. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də