Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayram günlərində banklar və poçt şöbələri necə işləyəcək?

Bayram günlərində banklar və poçt şöbələri necə işləyəcək?
31 dekabr-4 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də "Azərpoçt" MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.


Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, "Azərpoçt"un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

//uploads.cbar.az/press-releases/c38b583504c0ed2c475ecf3b5.pdf

//uploads.cbar.az/press-releases/dd35e86cb312da351ce3f4f7f.pdf

//uploads.cbar.az/press-releases/7aa6a07c574b22cd775eca7b5.pdf


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də