
RegionTV.info "Axşam.az"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 489 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 8 803 nəfər sağalıb, ağır xəstə sayı isə 1 765 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 449 839 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 331 314 nəfər sağalıb, 25 476 nəfər isə ölüb.