Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şuşada yolu buz bağladı - Maşında köməksiz qalanlar belə xilas edildi (VİDEO)

Şuşada yolu buz bağladı - Maşında köməksiz qalanlar belə xilas edildi (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış “HYUNDAİ” markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq köməklik göstərilib.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də