
Tailand məhkəməsi maliyyə fırıldaqçılığına görə ölkə tarixində ən ağır cəzalardan birini verərək tanınmış iş adamı Prasid Cevkoku 12 əsrdən çox müddətə həbsə məhkum edib.
Banqkok məhkəməsi Cevkoku irimiqyaslı saxta kredit-investisiya sxemləri təşkil etməkdə təqsirli bilib və onu 1 210 il həbs cəzasına layiq görüb.
Lakin Tailand qanunvericiliyinə əsasən, həqiqi həbs müddəti maksimum 20 il olacaq.
Qeyd olunur ki, bu, Cevkok barədə çıxarılan ilk məhkumluq qərarı deyil. 2023-cü ilin iyul ayında məhkəmə onu başqa bir fırıldaqçılıq işi üzrə 1 155 il həbs cəzasına məhkum etmişdi.


