Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qırmızı Xaç” Bakıdakı ermənilərə baş çəkib

“Qırmızı Xaç” Bakıdakı ermənilərə baş çəkib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan bütün təqsirləndirilən ermənilərə baş çəkiblər.

Bu barədə Ermənistandakı BQXK-nın kommunikasiya rəhbəri Zara Amatuni bildirib.

O qeyd edib ki, nümayəndə heyətinin tərkibində bir həkim də olub.

"Prosedurlara uyğun olaraq, başçəkmə zamanı diqqət səhiyyə məsələlərinə, şəxslərin müalicəsinə və saxlanma şəraitinə yönəldilib", - Amatuni bildirib.

Ailələri onlara heç bir bağlama gətirməyiblər. Başçəkmə təşkilatın nümayəndələri ilə şəxsi görüşlər və vəziyyətin ümumi qiymətləndirilməsi ilə məhdudlaşıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də