Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vəzifəli şəxsin qohumu adı ilə dələduzluq etdi

Vəzifəli şəxsin qohumu adı ilə dələduzluq etdi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinən 38 yaşlı Nazim Həsənzadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, N.Həsənzadə özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsatini ələ keçirib.

Bundan başqa N.Həsənzadənin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl işə düzəltmək adı ilə daha iki şəxsə 20 min manata yaxın maddi ziyan vurduğuna görə N.Həsənzadə barəsində cinayət işi başlanılıb. Bir müddət əvvəl isə iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də