Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 21 peşə təhsili müəssisəsi yenidən qurulacaq

Azərbaycanda 21 peşə təhsili müəssisəsi yenidən qurulacaq

2030-cu ilə qədər Azərbaycanda 21 peşə təhsili müəssisəsinin yenidən qurulması, 2 peşə təhsili müəssisəsində isə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.

Bu fikirləri Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Tələbə Təhsil Krediti Fondunun (TTKF) 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat tədbirində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, peşə təhsilində əsas problemlərdən biri hesab olunan infrastruktur məsələsi artıq mərhələli şəkildə öz həllini tapır və bu istiqamətdə gələcəyə dair müsbət gözləntilər formalaşır.

S.Rzayev qeyd edib ki, görülən işlər nəticəsində peşə təhsili alan, eləcə də bu sahəyə yeni cəlb olunan və kredit mexanizmlərindən yararlanan tələbələrin sayında artım müşahidə olunacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də