Təhsil kreditinə müraciət edən tələbələrin bir qismi müəyyən meyarlara cavab vermədikləri üçün müraciətlərinə imtina cavabı alır.
Bu barədə TTK-nın 4 illik fəaliyyətinə dair hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
Sədr qeyd edib ki, sosial kredit üzrə müraciətlər elektron sistem vasitəsilə yoxlanılır və tələbənin qanunvericiliklə müəyyən edilmiş sosial status meyarlarına uyğunluğu əsas götürülür. Həmin meyarlar təmin olunmadıqda, sosial kredit üzrə müraciət rədd edilir.
O həmçinin əlavə edib ki, stan kreditdə isə qərar yalnız tələbənin təhsil göstəriciləri əsasında verilir. Belə ki, tələbə ikinci və sonrakı semestrlərdə 71 baldan aşağı akademik göstəriciyə malik olduqda, standart kredit üzrə müraciətinə imtina verilir. Hər iki kredit növündə tələbənin fənn üzrə kəsrinin olması da imtina qərarına səbəb olur.


