Bu gün Azərbaycanın aviasiya tarixinin ən ağrılı faciələrindən birinin ildönümüdür. Bir il öncə AZAL-ın Bakı-Qroznı reysilə uçan təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış, göyərtədəki 67 nəfərdən 38-i həlak olmuş, 29-u xəsarət almışdı.
Qəzanın zərərçəkənlərindən biri Zaqatala rayonunun Danaçı kənd sakini, 2007-ci il təvəllüdlü Nizami Cəlilovdur.
O, açıqlamasında faciə anlarını açıq gözlə izlədiyini söyləyib. Nizami müxtəlif xəsarətlər alıb. Ayaqları ağır dərəcədə əzilib və qəzadan sonra bir ay ərzində əlil arabası ilə gəzib. Ona burun sınığı və daxili orqanların əzilməsi diaqnozu da qoyulub:
“Qroznı səmasında bir neçə saniyə ərzində iki dəfə partlayış səsi eşitdim. Sonra Hökumə xanımın müraciətini.
Təyyarə yerə çırpılanda ayıq vəziyyətdə idim. Oturduğum yerdə tərsinə çevrilmişdim. Kəmər bədənimi bərk sıxıb daxili orqanlarımı zədələyib. Kəməri özüm açıb yıxıldım. Qapıya doğru getdim. Çıxışda kimsə mənə yardım etdi.
Bir gün Aktau xəstəxanasında qaldıqdan sonra Bakıya gətirilmişik. 1 ay Bakıdakı Yeni Klinikada müalicə almışam. Burnum sınıb, amma bunun üçün əməliyyat qərarını hələ verməmişəm.
Hadisədən sonra məndə əsəb xəstəliyi yaranıb. Mingəçevir Şəhər Xəstəxanasında bunun üçün növbəti iki aylıq müalicə kursu yazılıb.
20 min manat dövlət təzminatı almışıq. Müalicəmi davam etdirəcəm”.

Bu gün Azərbaycanın aviasiya tarixinin ən ağrılı faciələrindən birinin ildönümüdür. Bir il öncə AZAL-ın Bakı-Qroznı reysilə uçan təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış, göyərtədəki 67 nəfərdən 38-i həlak olmuş, 29-u xəsarət almışdı.
Qəzanın zərərçəkənlərindən biri Zaqatala rayonunun Danaçı kənd sakini, 2007-ci il təvəllüdlü Nizami Cəlilovdur.
O, Modern.az-a açıqlamasında faciə anlarını açıq gözlə izlədiyini söyləyib. Nizami müxtəlif xəsarətlər alıb. Ayaqları ağır dərəcədə əzilib və qəzadan sonra bir ay ərzində əlil arabası ilə gəzib. Ona burun sınığı və daxili orqanların əzilməsi diaqnozu da qoyulub: