Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təbrizin "Tractor" klubuna ağır cəza verildi

Təbrizin "Tractor" klubuna ağır cəza verildi

Təbrizin "Tractor" klubuna ağır cəza verilib.

İran Futbol Federasiyasının İntizam Komitəsi dekabrın 18-də keçirilmiş "Tractor" - "Persepolis" oyununda intizam qaydalarının pozlduğu qənaətinə gəlib.

Kubok uğrunda keçirilmiş həmin oyun "Tractor"un Tehran klubu üzərində 8:7 (penaltilərlə) qələbəsi ilə başa çatmışdı.

İntizam Komitəsinin qərarına görə, "Tractor" ölkə kubokunda həm ev, həm də səfər oyunlarında azarkeşsiz oynayacaq.

Tərbiz klubuna 3 milyard tümən məbləğində cərimə kəsilib.

"Tractor"un 12 lider azarkeşinə 6 ay müddətinə qadağa qadağa qoyulub.

Gələn mövsüm ölkə kubokunda "Persepolis"ə qarşı oyunda azarkeşlərin stadiona buraxılmaması da qərara alınıb

"Tractor" klubu İntizam Komitəsinin qərarına etiraz edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də