Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib

Təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib

Fondun fəaliyyəti dövründə e-ttkf.edu.az elektron portalına 86 mindən çox müraciət daxil olub, 70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib.

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, kreditlərin 65 faizi standart (45 956 TTK müqaviləsi), 35 faizi isə sosial (24 437 TTK müqaviləsi) təhsil tələbə kreditlərinin payına düşür: “Kredit alan tələbələrin təhsil aldıqları müəssisələr sırasında ölkənin bütün ali, orta ixtisas və peşə təhsil müəssisələri yer alıb. Gender bölgüsünə əsasən, kredit alanların 63 faizi qadınların (44 071 TTK müqaviləsi), 37 faizi isə kişilərin (26 322 TTK müqaviləsi) payına düşür”.

Bəhruz Əzimov qeyd edib ki, bu günədək təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib: "Vəsaitlərin təxminən 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan çox hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşüb. Son 4 il ərzində ölkənin müxtəlif regionlarında ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində görüşlər təşkil olunub, 90 000-ə yaxın tələbə, abituriyent, şagird, valideyn və pedaqoji heyət maarifləndirici infosessiyalara cəlb edilib. İndiyədək 2 tələbəsi olan 1 667 ailədə ümumilikdə 3 334 tələbə, 3 tələbəsi olan 41 ailədən 123 tələbə, 4 tələbəsi olan 3 ailədən isə 12 tələbə təhsil tələbə kreditindən yararlanıb. Ümumilikdə, 1 711 ailəni əhatə edən 3 469 tələbə TTK mexanizmi çərçivəsində kreditlə təmin olunub".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də