Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda yeni 50 manatlar dövriyyəyə buraxıldı

Azərbaycanda yeni 50 manatlar dövriyyəyə buraxıldı

Bu gündən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır.

AMB-yə istinadən xəbər verir ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib.

Nişanın üzərində həmçinin "2025" istehsal ili əks olunub.

Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Əsginas hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də