Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tonlarla naringi anbarlarda çürüyür - VİDEO

Astaralı fermerlərin bu il min zəhmətlə topladıqları naringi saxlama anbarlarında çürüyür. Səbəb isə təsərrüfat sahiblərinin öz məhsullarını istədikləri qiymətə sata bilməmələridir.
RegionTV.info
"Sfera.az"-a istinadən xəbər verir ki, Astaranın Kijəbə qəsəbəsində fermerlərin əksəriyyətində 30 tondan çox naringi anbarlarda qalıb, burada hər gün çürüyən 500-600 kq meyvə zibilə atılır.
Naringi yetişdirənlər deyirlər ki, anbarlarda qalan məhsul kiloqramı 1 manatdan satılır. Bu qiymət isə məhsulun yetişdirilmə və saxlama xərclərini ödəmədiyindən onlara sərf etmir. Onlar deyirlər ki, xaricdən gətirilən məhsul da yerli məhsulun qiymətinə təsir edir.
Qeyd edək ki, Astarada 2300 hektara yaxın naringi bağı var. Bu sahələrdən keçən il təsərrüfat sahibləri ümumilikdə 34 min 442 ton məhsul yığıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də