Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Abşeronla Qobustanının bəzi kəndlərinə işığın verilməsi DAYANDIRILACAQ

Abşeronla Qobustanının bəzi kəndlərinə işığın verilməsi DAYANDIRILACAQ

Abşeronda təmir işləri ilə əlaqədar bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"danverilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 24 dekabr tarixində 35 kV-luq "Pirəkəşkül-Cəngi" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan saat 15:00-dək Cəngi, Çaylı və Qobustan kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də