Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda baş həkim işdən çıxdı

Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tuttuğu vəzifədən azad olunub.
RegionTV.info
xəbər verir ki, Bu barədə BAKU.WS-in bölgə müxbirinə baş həkimin özü açıqlama verib. Onun sözlərinə görə işdən ayrılmasını özü xahiş edib:
"Bir müddət idi işdən azad edilməm barədə rəsmi müraciət etmişdim. Dünən reaksiya verildi və mən işdən azad edildim. Bakı şəhərindəyəm, ailəmin yanındayam. İşdən ayrılma səbəbim də ailəmə yaxın olmaq idi."- Y.Quliyev bildirib.
Məlumat üçün bildirək ki, Y. Quliyev 2 ilə yaxın Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edib. Bu müddət ərzində xəstəxanada koronavirus xəstələrinin müalicəsi aparılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də