Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid qızı olan hakim qəzada HƏLAK OLDU

Şəhid qızı olan hakim qəzada HƏLAK OLDU
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Hadisə Pirşağı yolu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi "Nissan" markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aynur Rzayeva şəhid övladıdır. O bu vəzifəyə 2022-ci ildə Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə təyinat almışdı. (Mənbə: report)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də