Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Direktoru divara çırpan müəllimlə bağlı rəsmi açıqlama

Direktoru divara çırpan müəllimlə bağlı rəsmi açıqlama

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb.

Bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

 Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin 30 oktyabr 2025-ci il tarixində baş verdiyi məlum olub.

 “Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb.

 Bununla yanaşı bildiririk ki, təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsi, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin düzgün idarə olunması, təhsilverənlərin nüfuzunun yüksəldilməsi vacib istiqamətlərdəndir və bu məsələlər daim diqqətdə saxlanılır”, - deyə məlumatdaq qeyd edilib. (Mənbə: qafqazinfo)

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də