Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim (Kərim Novruzov) vəfat edib.

Bu barədə sosial şəbəkələrdə meyxanaçının sənət dostları məlumat paylaşıblar.

Qeyd edək ki, meyxanaçı Kərimin səhhəti 2017-ci ildən pisləşmişdi. Həmin il martın 30-da o, beyininə qansızmadan insult olmuşdu. Üç dəfə insult keçirən meyxanaçı şəkər və təzyiqdən əziyyət çəkirdi.

Ağır vəziyyətdə olan Kərim son illər yataq xəstəsi idi.

Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. O, 1991-ci ildə meyxana müsabiqəsinin qalibi olub.

Allah rəhmət eləsin!


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də