Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilər bu xanımı şərləməyə başladı - Azərbaycana DƏSTƏK VERDİYİ ÜÇÜN...

Norveçdə yaşayan Azərbaycan əsilli Norveç vətəndaşı, CAN təşkilatının rəhbəri Şervin Nəcəfpurun Qarabağla bağlı Azərbaycan həqiqətlərini dünyaya çadırmasına qarşı erməni lobbisi tərəfindən təhdid edilməsini qəti şəkildə pisləyirik. 
RegionTV.info
xəbər verir ki, Bu barədə Müvəkkil Hüquq Mərkəzindən daxil olan bəyanatda bildirilib.
Bəyanatda qeyd edilib ki, bu, Şervin Nəcəfpurun fəaliyyətinə qarşı davamlı həyata keçirilən təhdidlər seriyasındandır: 
“44 günlük Vətən müharibəsi dönəmində CAN təşkilatı Norveç mətbuatında məqalələr dərc etdirib, Qarabağ müharibəsinə dəstək məqsədi ilə aksiyalar keçirib, həmçinin Oslo şəhərində Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırıb. Onun bu fəaliyyəti Norveçdəki erməni lobbisini təşvişə salıb. Ermənilər S.Nəcəfpur haqqında iftra və qarayaxmalarla dolu bir neçə məqalə dərc ediblər. Bundan başqa onun təmsil olunduğu Mühafizəkarlar Partiyasından təcili uzaqlaşdırılması üçün çağrışlar edilməkdədir”. 
Bəyanatda Azərbaycan və Türkiyə diaspor təşkilatları, dövlət qurumları, həmçinin hər iki dövlətin diplomatik korpusunun əməkdaşlarına Şervin Nəcəfpura qarşı yönəlmiş təhdidləri aradan qaldırmaq üçün birgə fəaliyyət üçün çağırı edilib
panoram.az 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də