Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşhur bloger dəhşətli qəzada ÖLDÜ - FOTO

Braziliyada məşhur bloger Alin Kristina Dalmolin avtomobil qəzası nəticəsində həyatını itirib.

Bu barədə "People" nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə dekabrın 15-nə keçən gecə ölkənin sahil şəhərlərindən biri olan Balneariu-Kamboriuda baş verib.

41 yaşlı blogerin içində olduğu avtomobil yüksək sürətlə elektrik ötürücü xəttinin dirəyinə çırpılıb.

Hadisə yerinə gələn hərbi polis əməkdaşları Dalmolini son dərəcə ağır vəziyyətdə aşkarlayıblar. Zərbə nəticəsində onun bir qolu amputasiya olunub, ağır kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Yerli KİV-in məlumatına görə, avtomobili mərhumun tanışı, 57 yaşlı Jizeli Forneroli idarə edib. Qəzadan sonra o, hadisə yerindən qaçıb və Kamboriu çayının sahilində sərxoş vəziyyətdə saxlanılıb. Qadına ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Alin Kristina Dalmolin təlim xarakterli məzmunun müəllifi və liderlik üzrə məsləhətçi kimi tanınıb. Blogerin əməkdaşlıq etdiyi "CELD Esportes" şirkəti üç günlük matəm elan edərək fəaliyyətini müvəqqəti dayandırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də