Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zaqatalada uşaq bağçasında RÜŞVƏT QALMAQALI: müdirə cinayət işi açıldı

Zaqatalada uşaq bağçasında rüşvət qalmaqalı yaşanıb.

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının müdirəsi vəzifəsində çalışmış Hasilova Lətifə Nizami qızı ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub.

Şikayətçilər saytımıza bağça müdirəsinin onları müxtəlif işlərə düzəlcəyi vədi ilə pullarını mənimsədiyini deyiblər.

Ümumilikdə 10-a yaxın vətəndaşdan külli miqdarda pul aldığı iddi olunan bağça müdirəsi Lətifə Hasilova tutduğu vəzifədən azad edilərək barəsində araşdırmalara başlanıb.

Araşdırmalar zamanı Hasilova Lətifə Nizami qızının uşaq bağçasının müdirəsi işləyərkən çoxlu sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları həmin bağçaya işə götürəcəyinə dair söz verməsi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsəməsi müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir./Lent.az


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də