Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentdən Tağı Əhmədovun xanımı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Tağı Əhmədovun xanımı ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) 50 illiyi münasibətilə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə AMİU-nun bir qrup əməkdaşı təltif edilib.

Təltif edilənlərdən biri də universitetin dosenti Salatın Əhmədovadır. Belə ki, o, "Tərəqqi" medalına layiq görülüb.

Salatın Əhmədova Bakı Metropoliteninin sabiq rəisi mərhum Tağı Əhmədovun həyat yoldaşıdır. O, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktorudur. Salatın Əhmədova hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimidir. 

Qeyd edək ki, Tağı Əhmədov 2016-cı ildən 2024-cü ilin fevralına kimi Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutub. O, 1998-ci ildən 2014-cü ilə kimi Bakı Metropoliteninin rəisi işləyib. Tağı Əhmədov 2024-cü ilin oktyabrında vəfat edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də