Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rəsul Quliyev Bilgəhdəki torpağını 5 milyona satdı

Rəsul Quliyev Bilgəhdəki torpağını 5 milyona satdı

Sabiq spiker Rəsul Quliyev Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesində yerləşən torpaq sahəsini satıb.

Torpaq sahəsi 5 milyon manata alınıb.

Satış əməliyyatı bu ayın əvvəlində baş tutub.

Xatırladaq ki, sözügedən ünvandakı torpaq sahəsi və Rəsul Quliyevə məxsus digər əmlaklarla bağlı uzun müddət sabiq deputat, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı Qalib Salahzadə ilə məhkəmə çəkişməsi aparılıb. Həmin məhkəmə prosesi səbəbindən Rəsul Quliyev torpaq sahəsini uzun müddət sata bilmirdi.

Onu da qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də yaşayır. Onun ailə üzvləri 30 ildən sonra oktyabrın sonlarında Bakıya gəliblər. Bu barədə Rəsul Quliyevin qızı Xanım Hənna sosial şəbəkə hesabında paylaşım edib. (Mənbə Teleqraf)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də