Tanınmış jurnalist və aparıcı Amil Xəlilin başına iş gəlib.
RegionTV.info "Oxu24.com"-a istinadən xəbər verir ki, aparıcı Bazar ertəsi Z.Bünyadov prospekti ilə hərəkət edən zaman "Lada" markalı avtomobil sürətlə gələrək onun idarə etdiyi avtomobilə dəyib.Qəzaya səbəb olan avtomobilin sürücüsü aparıcıdan sığorta çağırmamağı xahiş edib və avtomobili elə maşında olan ustanın təmir edəcəyini bildirib. Hər şey də bundan sonra başlayıb. Həmin şəxslər avtomobili təmir adı ilə apararaq onu 3-4 gün öz işləri üçün sürməyə başlayıb. Aparıcı bundan xəbər tutduqdan sonra polisə müraciət edib.İş hazırda Abşeron Rayon Polis İdarəsindədir.
Hadisə ilə aparıcının paylaşdığı statusu olduğu kimi təqdim edirik:
Xəbəri paylaş