Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Bədii Şuranın “Məhsəti” adlı qısametrajlı filmin Bakı Film Festivalında nümayişinə qadağa qoyması ictimai müzakirələrə səbəb olub.

Şuranın rəsmi açıqlamasında filmdə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin obrazının təhrif olunduğu, etik və normativ çərçivələrin pozulduğu bildirilib. Qeyd olunub ki, ekran işində şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilib.

Açıqlamada həmçinin filmdə manipulyativ təqdimatların və kontekstdənkənar mənalandırma cəhdlərinin mövcudluğu əsas gətirilərək, “Məhsəti” filminə lisenziya verilməsinin məqsədəuyğun hesab edilmədiyi vurğulanıb.

Müzakirələr fonunda filmin müəllifi Suad Qarayeva üzr istəyib. O, sosial mediadakı paylaşımında bildirib ki, qısametrajlı filmlə bağlı son fikirləri heç bir halda tənqid məqsədi daşımayıb və bu, yalnız emosional, şəxsi düşüncə olub. S.Qarayeva sözlərinin niyyətindən fərqli şəkildə başa düşülməsindən təəssüf etdiyini qeyd edərək, bundan təsirlənmiş və ya incinmiş ola biləcək hər kəsdən üzr istəyib.

Suad Qarayeva əlavə edib ki, ölkəsinə, xalqına və milli-mədəni dəyərlərə bağlılığı dəyişməzdir və bu bağlılıq onun üçün hər zaman prioritet olaraq qalır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də