Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın bu rayonlarında neft axtarılacaq

Azərbaycanın bu rayonlarında neft axtarılacaq

SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Azərbaycanın Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb.

SOCAR-dan  bildirilib ki, sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “MOL Group”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Jolt Hernadi imzalayıblar.

Layihənin operatoru olan “MOL Group” birgə kəşfiyyat layihəsində 65 faiz, SOCAR isə 35 faiz paya malikdir. Layihə çərçivəsində seysmik tədqiqatların 2026-cı ilin əvvəlində başlanması, daha sonrakı mərhələdə isə qazma işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, cari il iyunun 3-də “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “MOL Group” şirkəti arasında imzalanan Əsas Şərtlər Sazişindən sonra bu tam razılaşdırılmış sənəd iki şirkət arasında əvvəlki uğurlu əməkdaşlıq üzərində qurulan strateji tərəfdaşlıqda mühüm mərhələdir.

Xatırladaq ki, “MOL Group” şirkəti Azərbaycan bazarına 2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 9,57 faiz pay və xam nefti Ceyhan limanına nəql edən “Bakı-Tbilisi-Ceyhan” boru kəmərində 8,9 faiz effektiv pay əldə etməklə daxil olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də