Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cəmil Həsənli yenə DTX-ya çağırılıb

Cəmil Həsənli yenə DTX-ya çağırılıb

Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli yenə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Bu barədə Cəmil Həsənlinin özü bildirib.

Onun sözlərinə görə, bu gün saat 15:00-da yenidən DTX-ya çağırılıb. C.Həsənli DTX-ya çağırılmasının Baş nazirin sabiq I müavini, barəsində axtarış elan olunan Abbas Abbasovla bağlı ola biləcəyini güman edir.

"Bəri başdan deyim ki, nə Azərbaaycanda işləyəndə, nə də Rusiyada yaşayanda Abbas Abbasovla heç bir əlaqəm, heç bir görüşüm olmayıb", - o deyib.

Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonunda Dubaya getmək istəyərkən hava limanından geri qaytarılıb. O, noyabrın 30-da DTX-da "Ramiz Mehdiyev işi" üzrə şahid qismində ifadə verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də