"Rusiya fevralın 1-dən ermənilər üçün öz qapılarını açacaq. Əgər hazırda ölkəmizi nə qədər insanın tərk etməyə hazır olduğunu və Rusiyaya gedəcəyini desəm, dəhşətə gələrsiniz".
RegionTV.info xəbər verir ki, bunu tanınmış erməni ictimai fəal Aram Gevorqyan deyib.
O, xeyli sayda Ermənistan vətəndaşının Rusiyaya köçməyə hazırlaşdığını bildirib.
"Bilirəm, özünüzə və övladlarınıza yaxşı gələcək istəyirsiniz. Amma həmişə yadınızda saxlayın ki, hara getsəniz də, nə qədər yaxşı yaşasanız da, vətəndəki kimi heç bir yerdə qəbul edilməyəcəksiniz. Bilirəm ki, çətindir. Hələ də ağır günlərimiz var. Ancaq əsl vətənpərvərlik belə anlarda üzə çıxır. Gedənləri günahlandırmıram. Sadəcə xatırladaram ki, biz də qalıb ölkəmizi qurmasaq, türklər bunu bizim üçün edərlər...”, - deyə erməni fəal sosial şəbəkə hesabında yazıb.
Azvizion
Xəbəri paylaş