Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Binəqədidə 34 yaşlı kişini "tok" vurub öldürüb

Binəqədidə 34 yaşlı kişini "tok" vurub öldürüb

Elektrik cərəyanı vurması nəticəsində Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüd Taleh Şahid oğlu Fehruzlu ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxs dekabrın 12-si saat 10 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalar nəticəsində onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyənləşib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də