
ReginTV.info "Axşam.az"-a istinadən xəbər verir ki, sənətçinin həyat yoldaşı Burcu Özenlə evliliyindən dünyaya gələn qızı Neva Özen bir müddət əvvəl bağırsaq problemləri ilə xəstəxanaya yerləşdirilib.
10 aylıq Neva ümumilikdə 7 dəfə əməliyyat olunub. Ötən gün isə sonuncu dəfə bıçaq altına yatıb. Həkimlər xəstəxanadan çıxarılan körpənin həyatı riski geridə qoyduğunu, lakin bir müddət müalicəsinin evdə davam etdiriləcəyini bildirib.