Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kənd Təsərrüfatı Nazirliyinin qurumunda mənimsəmə - Cinayət işi BAŞLANDI

Kənd Təsərrüfatı Nazirliyinin qurumunda mənimsəmə - Cinayət işi BAŞLANDI

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb.

 Baş Prokuroluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu, mərkəzdə subsidiyaların təyinatı üzrə istifadə olunmaması və mənimsənə faktı ilə bağlıdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məlumata görə, yoxlama aparılan müddətdə Hacıqabul DAİM-in müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onunla bağlanmış müqaviləyə xitam verilib. (Mənbə: APA)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də