Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zəngəzur dəhlizi üçün şirkət yaradılır - AD AÇIQLANDI

Zəngəzur dəhlizi üçün şirkət yaradılır - AD AÇIQLANDI

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsini həyata keçirmək məqsədilə “TRIPP Company” Ermənistan-ABŞ birgə müəssisəsinin qeydiyyatdan keçiriləcəyini açıqlayıb.

Paşinyan bu barədə Almaniya Xarici Əlaqələr Şurasında çıxış edərkən danışıb.

 "Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyata alınacaq. Dəmir yolları, yollar, neft və qaz boru kəmərləri və fiber-optik kabellər üçün lazımi infrastrukturu inkişaf etdirmək səlahiyyəti veriləcək. Gələn il praktiki həyata keçirmə və tikinti mərhələsinə keçəcəyik", - o deyib.

 Paşinyan bildirib ki, “Tramp Marşrutu” layihəsi, eləcə də Ermənistanla Türkiyə arasında nəqliyyat əlaqələri Orta Dəhlizin vacib komponentinə çevrilə və Avropa, Cənubi Qafqaz və Orta Asiya arasında fasiləsiz əlaqəni təmin edə bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də