Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baxımsız vəziyyətdə olan məktəb təmir ediləcək - RƏSMİ

Baxımsız vəziyyətdə olan məktəb təmir ediləcək - RƏSMİ

Balakən rayon Sarıbulaq kənd tam orta ümumtəhsil məktəbin sinif otaqlarının baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə əlaqədar olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq idarədən məktəbin mövcud vəziyyətindən xəbərdar olduqları bildirilib.         

Regional Təhsil İdarəsindən verilən məlumata görə, təhsil müəssisəsinin əsaslı təmir olunması nəzərdə tutulub.

Əlavə olaraq qeyd edilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsiplərinə uyğun olaraq həyata keçirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də