Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərin Türkiyədə əməliyyat olundu

Azərin Türkiyədə əməliyyat olundu

Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib.

Bu barədə o, instaqram səhifəsində paylaşım edib.

“Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin ərəfədən keçdim. Əməliyyat olunma qərarı aldım. Bu gün artıq yaxşıyam. Bu çətin günlərimdə yanımda olan, əlimdən tutan insanlara vəfa borcum var. Dostum Fulya Öztürkə təşəkkür edirəm, məni bir an belə tək qoymadı. Duaları ilə məni bir an olsun tək qoymayan ailəmə, ailəm qədər yaxın bağ qurduğum dostlarıma təşəkkür edirəm. Sizin sevginiz, hər zaman yanımda olmağınız mənə güc və mənəvi dəstək verdi. Həyatımda olduğunuz üçün Allaha şükür edirəm”, - deyə paylaşımda bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də